"Qəbələ"nin sabiq futbolçusu Dodo yenidən Azərbaycana qayıtmaq istəyir. Bu barədə Sport24.az-a braziliyalı futbolçu özü məlumat verib.
O, keçmiş komandasının oyunlarını izlədiyini və məşqçi kimi ölkəmizə qayıtmaq istədiyini bildirib.
Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. "Sambaçı"nın son klubu Latviya "Liepaya"sı olub.