İtaliyanın "Yuventus" klubu hücumçu Jeremi Boqanın transfer hüququnu tamamilə əldə edib. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Turin təmsilçisi 29 yaşlı futbolçunun müqaviləsində yer alan satınalma bəndindən istifadə edib. Klub bu keçid üçün Fransanın "Nitsa" komandasına 4,8 milyon avro ödəyib.

Qeyd edək ki, bu transfer "Yuventus"un yeni rəhbərlərindən olan Covanni Karnevalinin ilk əməliyyatlarından biri hesab olunur. Karnevali daha əvvəl "Sassuolo"da çalışarkən də Boqa ilə əməkdaşlıq etmişdi.