Sabah" klubunun futbolçusu Patrik Orfe Mbinanın transferi üçün ödənilən məbləğ məlum olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçunun transfer hüququnun alınması Masazır təmsilçisinə 400 min avroya başa gəlib.

Mənbənin bildirdiyinə əsasən, Azərbaycan çempionu bu məbləğ qarşılığında Sloveniya "Maribor"undan futbolçunu heyətinə qatıb.

Mbina cari ilin fevralından "Sabah"da icarə əsasında çıxış edirdi. O, bu müddətdə 11 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.