Bu gün "Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bəlli olacaq. Sport24.az xəbər verir ki, püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.

 

Mərsim Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Səpələnmişlər səbətində yer alan Azərbaycan təmsilçisinin bu raunddakı potensial rəqiblərinin ilkin siyahısı belədir:

"Torpedo" (Gürcüstan), "Velej" (Bosniya və Herseqovina), "Virtus" (San Marino), "Liepaya" (Latviya), "İlves" (Finlandiya), "Konnas-Ki Nomads" (Uels), "Bohemians" (İrlandiya), "Styarnan" (İslandiya), "Europa" (Cəbəllütariq), "İnter" (Turku, Finlandiya), "Malişeva" (Kosovo), "Yelimay" (Qazaxıstan), "Dinamo Siti" (Albaniya), "UNA Strassen" (Lüksemburq), "Heqelmann" (Litva), "Peynbont" (Uels), NSİ (Farer adaları), "Sileks" (Şimali Makedoniya), "Mornar" (Monteneqro), "Qlentoran" (Şimali İrlandiya), "Marsaxlokk" (Malta), "Nımme Kalyu" (Estoniya), "Elbasani" (Albaniya), "Kaernarfon Taun" (Uels), "Mondorf-les-Bayns" (Lüksemburq), "Petrovats" (Monteneqro).

 

Qeyd edək ki, UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da baş tutacaq.