Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşir. Sport24.az xəbər verir ki, püşkatma UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq. 

 

Mərasim Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

"Qarabağ"ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı:

"Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universitatya Kluj" (Rumıniya)", "Alüminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).

 

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.