Bu gün basketbol klublarımız FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər.Sport24.az xəbər verir ki, I qrupunda mübarizə aparan "Neftçi" IV turda Polşanın "Trefl" komandasını qəbul edəcək.

 

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

 

Qrupun digər matçında "Abşeron Lions" Estoniyada "Kalev"in qonağı olacaq. Bu görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da səslənəcək. 

 

Qeyd edək ki, "Trefl" 6 xalla liderdir. "Neftçi" 5 xalla ikinci, "Kalev" 4 xalla üçüncü, "Abşeron Lions" isə 3 xalla dördüncü sırada qərarlaşıb.