Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) X turun daha iki görüşü keçiriləcək. Sport24.az xəbər verir ki, B qrupunda yer alan komandaların oyunları Bakı İdman Sarayında keçiriləcək.
Günün ilk matçında "Quba" "Naxçıvan"la üz-üzə gələcək. "Naxçıvan" 16 xalla ikinci yerdə qərarlaşıb. 13 xala malik "Quba" üçüncüdür.
Günə "Ordu" - "Lənkəran" qarşılaşması ilə yekun vurulacaq. Paytaxt təmsilçisi 18 xalla qrupda liderdir. 12 xala malik "Lənkəran" isə dördüncüdür.
Qeyd edək ki, turun açılış matçında "Sərhədçi" "Sumqayıt"a 86:83 hesabı ilə qalib gəlib. X tura dekabrın 21-də yekun vurulacaq.