İsveçrənin SGS şirkəti AFFA-nın Klubların Lisenziyalaşdırılması Şöbəsinin 2025-ci ildəki fəaliyyətini yüksək qiymətləndirib. Sport24.az xəbər verir ki, qurumun mətbuat xidməti məlumat yayıb.
Şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Şöbəsinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib. Klubların Lisenziyalaşdırılması Şöbəsi 2026/2027-cı illər Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.