"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn formasını geyindiyi millinin dünya çempionatı ilə bağlı perspektivindən danışıb. Sport24.az xəbər verir ki, forvard bununla bağlı Bundesliqanın rəsmi saytına açıqlama verib:
"Artıq elə bir nöqtəyik ki, ölkəmizi yalnız qələbə qane edə bilər. Son Avropa Çempionatında da eyni hissləri keçirdik. Finala çıxsaq da, ətrafımızda hələ də çoxlu neqativlik var idi. Qalib gəlməsək, bu neqativliyin davam edəcəyini bilirdik və bu da başımıza gəldi.
Hazırda dünya reytinqində dördüncü yerdəyik və favoritlərdən biri hesab olunuruq. Ona görə də turnirdə bunu nəzərə almalı və təzyiqə tab gətirməliyik. Son səkkiz ildə milli komanda ilə bir çox yaxşı anlar yaşadıq, amma nəticədə indi ən vacib şey qələbə qazanmaqdır.
Yeni çağırışı səbirsizliklə gözləyirəm. Komandanın və mənim bunu necə bacaracağımızı görməkdə maraqlıyam".