"Mançester Yunayted"in kapitanı Bruno Fernandes klubda qalmasının səbəbini açıqlayıb. Sport24.az xəbər verir ki, portuqaliyalı futbolçu bu barədə "qırmızı şeytanlar"ın rəsmi saytına danışıb:

 

"Mən burada qaldım, çünki bu klubla kuboklar qazana biləciyimə inanıram. Əgər klub mənə ən yüksək zirvələrə çatmaq, yenidən kuboklar qazanmağa başlamaq və klubu əvvəlki səviyyəyə qaytarmaq olduğunu deməsəydi, burada qalmazdım. Məqsəd bu olmasaydı, bəli, mən burada qalmazdım. Amma bilirəm ki, klubun məqsədi yüksək yerlərə qayıtmaqdır. Mən ilk növbədə buna görə buraya gəldim. Etmək istədiyim tək şey budur".

 

Qeyd edək ki, Brunonun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalının məlumatına görə, oyunçunun bazar dəyəri 40 milyon avrodur.