Azərbaycan UEFA əmsallar cədvəlində iki pillə geriləyib. Sport24.az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının əsas mərhələsində altıncı turun oyunlarından sonra baş verib.

 

Dünən baş tutan qarşılaşmaların ardından Sloveniya 22.843 xalla 26-cı, Slovakiya isə 22.375 xalla 27-ci pilləyə yüksəlib. Azərbaycan isə 22.250 xalla 28-ci pillədə yer alıb.

 

Qeyd edək ki, cədvələ 103.658 xalla İngiltərə başçılıq edir.