Portuqaliya və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes formasını geyindiyi millinin gələn il keçiriləcək dünya çempionatında qalib olması üçün nə etməyə hazır olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə "Canal 11"ə açıqlama verib:
"Gələn il təşkil olunacaq mundialda oynamaq istəyirəm, amma çempion olmağımız üçün ehtiyat oyunçular skamyasında oturmağa belə hazıram.
Dünya çempionluğunu qazanmağı xəyal edirik və bu məsuliyyət sevinc gətirir. Komanda olaraq bir araya gəlməli və nəyi inkişaf etdirməli olduğumuzu başa düşməliyik. Həmçinin mundialın rahat keçməyəcəyini də başa düşməliyik. Bilirəm ki, ölkəmizə şöhrət gətirəcək əla bir kampaniyaya hazırıq".
Qeyd edək ki, Portuqaliya dünya çempionatının qrup mərhələsində Özbəkistan, Kolumbiya və qitələrarası pley-offun qalibi - 1-ci yol (Yeni Kaledoniya/Yamayka/Konqo Demokratik Respublikası) ilə bir qrupda oynayacaq.