Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) X tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə B qrupunda yer alan komandalar üz-üzə gələcək. 

 

"Sərhədçi" "doğma divarlar" arasında "Sumqayıt"la qarşılaşacaq. "Sərhədçi" İdman Mərkəzində baş tutacaq görüşün start fiti saat 20:00-da səslənəcək. 

 

Qeyd edək ki, "Sumqayıt" qrupda 5-ci, "Sərhədçi" isə sonuncu - 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın aktivində 11 xal var.