Azərbaycan Basketbol Liqasında (ABL) VII turdan təxirə salınmış matç keçiriləcək. Sport24.az xəbər verir ki, "Şəki" "doğma divarlar" arasında"Neftçi"ni qonaq edəcək.
A qrupunda yer alan komandaların oyunu Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" qrupda 4-cü, "Şəki" isə 5-ci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.