Misli Premyer Liqasının I turunda təxirə salınmış oyunda bu gün üz-üzə gələcək "Sabah" və "Qarabağ" komandaları daha əvvəl ölkə çempionatlarında 27 dəfə qarşılaşıblar. Sport24.az xəbər verir ki, bunların 15-də Ağdam təmsilçisi, 2-də Bakı klubu meydanı üç xalla tərk edib.
Topların nisbətində də "köhlən atlar"ın aşkar üstünlüyü var - 50:24.
Tərəflər arasında Misli Premyer Liqasındakı üç görüşdə 1:1 hesabı qeydə alınıb.
Qeyd edək ki, bu gün keçiriləcək "Sabah" - "Qarabağ" qarşılaşması 19:30-da start götürəcək.
"Sabah" – "Qarabağ" – 27 oyun, +2=10-15, top fərqi 24-50