Bu gün Misli Premyer Liqasında 1-ci turun təxirə salınmış oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, "Sabah" "doğma divalar" arasında "Qarabağ"ı qonaq edəcək.
Hazırda "Qarabağ" 33 xalla lider, aktivində 31 xal olan "Sabah" isə 2-cidir. Meydan sahibləri bu görüşdən qalib ayrılacağı halda zirvəyə yüksələcək. Qonaqlar Masazırdan 3 xalla qayıdacağı təqdirdə isə ilk pillədəki yerini bir qədər də möhkəmləndirəcək.
Qeyd edək ki, "Bank Respublika Arena" baş tutacaq görüşün start fiti saat 18:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, I turdan təxirə salınmış oyun
19:30. "Sabah" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Masazır. "Bank Respublika Arena".