"Sumqayıt" komandasının qış hazırlıq planları bəlli olub. Sport24.az xəbər verir ki, Saşa İliçin yetirmələri Premyer Liqada dekabrın 22-də baş tutacaq "Sabah"la oyundan sonra istirahətə buraxılacaq.

 

Komanda 2026-cı il, yanvarın 3-də Türkiyənin Antalya şəhərinə yollanacaq.

 

Həmin tarixdən ayın 17-dək Lara bölgəsində yerləşən "Limak" otelində məskunlaşacaq "gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

"Kimyaçılar" 9, 12 və 16 yanvar tarixlərində müvafiq olaraq Macarıstanın "Paksi", Serbiyanın "OFK Belqrad" və Xorvatiyanın "Osiyek" klubu ilə yoxlama oyunları keçirəcək.