22 dekabr, saat 19:30-da baş tutacaq "Sumqayıt" - "Sabah" matçının biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, oyun günü saat 15:00-dan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündür.

 

Qeyd edək ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır. BirBank Cashback Mastercard kartları ilə onlayn bilet alışı zamanı 30% keşbek əldə etmək mümkündür.

 

Bilet almaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır

 

https://iticket.az/.../sumqayit-fk-sabah-fkdekb2025/198312