"Barselona"nın sabiq baş məşqçisi Xavi "Çelsi"ni çalışdıra bilər. Sport24.az xəbər verir ki, Enzo Mareska istefa verəcəyi təqdirdə, Xavinin təyinatı reallaşacaq.
London klubunun rəhbərliyi son mətbuat konfranslarında Mareskanın davranışından narazıdır. O, konfras zamanı klubda hər kəsin komandanı dəstəkləmədiyini bildirib.
45 yaşlı Xavi 2021-ci ildən 2024-cü ilə qədər Kataloniya klubuna rəhbərlik edib. "Barsa"dan ayrıldıqdan bəri ispan menecer işsizdir. Bu ilin noyabr ayında Xavi "Spartak"ın (Moskva) təklifini rədd edib.
Qeyd edək ki, "Çelsi" 16 oyundan sonra Premyer Liqada turnir cədvəlində dördüncü yerdədir.