"Araz-Naxçıvan"ın futbolçusu Vanderson Melo Misli Premyer Liqasının 16-cı turunda "Şamaxı" ilə matçda meydana çıxmayacaq. Sport24.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin cəzalı duruma düşməsidir.

 

Braziliyalı futbolçu 15-ci turda "Qarabağ"a uduzduqları qarşılaşmada sarı vərəqə aldığı üçün bu halla üzləşib. 

 

Bu, braziliyalı oyunçunun mövsümdə 4-cü sarı vərəqəsi olub və o, avtomatik olaraq növbəti turu buraxmalı olacaq.

 

Qeyd edək ki, onun həmyerlisi Filipe Sandus da "Qarabağ"la görüşdə zədə səbəbindən meydana çıxmamışdı. Onun 16-cı turda da komandasına kömək edə bilməyəcəyi gözlənilir.