İtalya "İnter"i futbolçusu Frattesi ilə vidalaşa bilər. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzeta Dello Sport" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, "İnter" təxminən 30 milyon avroluq təklif alacağı təqdirdə 26 yaşlı futbolçunu buraxmağa hazırdır.

 

Frattesi ilə "Napoli", "Roma", "Yuventus" və "Nyukasl" kimi komandalar yaxından maraqlanır.

Qeyd edək ki, Frattesinin "İnter" lə hazırki müqaviləsi 2028-ci ilin yayında başa çatır.