"İnter"in yarımmüdafiəçisi Davide Frattezi bir neçə İngiltərə klubunun maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, "Liverpul" 26 yaşlı futbolçunun klubdakı vəziyyətini yaxından izləyən Premyer Liqa təmsilçilərindən biridir.
Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi hesab edir ki, Frattezinin "neradzurri"nin heyətində aldığı məhdud oyun vaxtı yanvar ayında onun transferinə şərait yarada bilər. "Qırmızılar" italiyalı orta xətt oyunçusu üçün onun klubu ilə danışıqlara başlayacaq..
Qeyd edək ki, Frattezi cari mövsümdə A Seriyası nəhənginin heyətində bütün turnirlərdə 13 oyunda meydana çıxaraq 2 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya millisinin üzvünü klubu ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimidir.