Bornmut"un cinah yarımmüdafiəçisi Antuan Semenyo "Liverpul"a keçməyə bir addım da yaxınlaşıb. Sport24.az xəbər verir ki, mersisaydlılar 25 yaşlı qanalı cinah oyunçusu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıblar.

 

Daha əvvəl bildirilmişdi ki, Semenyo digər Premyer Liqa klublarının marağına baxmayaraq, karyerasını Liverpulda davam etdirmək niyyətindədir.

 

O, cari İngiltərə Premyer Liqası mövsümündə 15 oyunda iştirak edib və 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

 

"Transfermarkt" Semenyonun dəyərini 65 milyon avro olaraq qiymətləndirir.