"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu bu gün keçirəcək. Sport24.az xəbər verir ki, paytaxt təmsilçisi "doğma divarlar" arasında Estoniya təmsilçisi "Kalev"i qəbul edir.

 

Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək. 

 

Qeyd edək ki, "Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92. I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.