2020/21 mövsümündə MBA çempionu olan “Miluoki”nin sahiblərindən biri olan Mark Lasri ona məxsus olan səhmləri satmaq qərarına gəlib. Sport24.az Amerika mətbuatınıa istinadən xəbər verir ki 63 yaşlı məşhur biznesmen artıq müştəri də tapıb.

Belə ki o, Haslem ailəsinin üzvləri ilə anlaşıb. Syuzan və Cimmi “Miluoki”nin səhmlərinə görə Lasriyə 3,5 milyard avro ödəyəcək.

Qeyd edək ki, Haslem ailəsi həm də Amerika Futbolu Liqasında mübarizə aparan “Klivlend Brauns” komandasının sahibidi. Lasriyə gəlincə, səhmlərdən imtina etmək qərarına gələn biznesmen 2014-cü ildə klubun sahiblərindən biri olmaq üçün 550 milyon dollar ödəmişdi. Xatırladaq ki, “Miluoki” cari mövsüm 43 qələbə və 17 məğlubiyyətlə Şərq konfransında 2-ci pillədə qərarlaşıb.