"İstanbulda səhərlər məşq, axşamlar oyun olmaqla, 10 gün təlim məşq toplanışı keçdik". Sport24.az xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan basketbol millilərinin baş məşqçisi Enver Alkaya deyib.

 

Türkiyəli mütəxəssis ölkəsində U-14, U-16 və U-18 millilərimizin hazırlığını dəyərləndirib. O bildirib ki, toplanış onlar üçün uğurlu keçib: "İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik. Oynadığımız bütün komandalar İstanbul A Liqası komandaları idi. Bursa, Sakarya təmsilçiləri ilə də oynadıq. Çox ciddi təlim-məşq toplanışı keçdik. Komandalarımızın səviyyəsini gördük. Nələr etməli olduğumuzu, necə dəyişikliklər edə biləcəyimizi anladıq. Oyunlarda bu, daha önəmlidir. Çox faydalı oldu".

 

Alkaya əlavə edib ki, gələcək üçün planlaşdırdıqları U-14 komandası da tam fərqli bir oyun keçirib: "Onlardan da uğurlu çıxış gördük. Ümid edirik ki, toplanış bizim basketbolçularımız üçün faydalı olacaq. Avropa çempionatına hazırlığı davam etdirəcəyik".

 

Qeyd edək ki, milli komandalarımız Türkiyədəki təlim-məşq toplanışında 15 oyuna çıxıb. Millilərimiz bu matçların cəmi 1-də məğlub olublar.