Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son matçına çıxacaq.

 

Tahir Baxşıyevin yetirmələri Bakıda İrlandiya millisini qəbul edəcək. 

 

Qeyd edək ki, qrupun digər oyununda 1-ci yeri təmin edən İsveçrə Kosovo ilə görüşəcək.

 

DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
23 fevral

17:00. Azərbaycan – İrlandiya
Hakimlər: Zdravko Rutesiç (Monteneqro), Duhan Köyiçi (Türkiyə) və Nemanya Vlahoviç (Serbiya)
Bakı İdman Sarayı