Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Qadın Seriyasının Fransada keçirilən Bordo mərhələsinə məğlubiyyətlə start verib. Sport24.az xəbər verir ki, D qrupunda qərarlaşan milli ilk görüşündə "Bordo" ilə üz-üzə gəlib və 9:17 hesabı ilə məğlub olub.

 

Komandamız qrupda növbəti oyununu bu gün İspaniyaya qarşı keçirəcək.