MBA-da bu gecə 8 oyun baş tutub. "Los-Anceles Leykers" komandasının üzvü Deanjelo Rassel 44 xal toplayıb. Sport24.az xəbər verir ki, bu məhsuldarlıq sayəsində Kaliforniya təmsilçisi "Miluoki Baks"ı 123:122 hesabı ilə məğlub edib. Onaq komandanın lideri Antetokumbonun aktivində 34 xal var. "Baks"ın digər lideri Demian Lillard isə üçxallıq atışların sayına görə liqa tarixində 4-cü yerə yüksəlib.

"Atlanta Houks" Memfisdə 99:92 hesabı ilə qalib gəlib. Mürrey oyunu 41 xalla tamamlayıb.

Uzun fasilədən sonra "Hyuston Rokets" səfərdə ardıcıl ikinci qələbəsini qazanıb. Texas təmsilçisi "Portlend Treyl Bleyzers"i məğlub edib. 107:123. Alperen Şengün görüşü 19 xa, 9 ribaund və 6 asistlə bitirib.

"Klivlend Kavalers"-"Minnesota Timbervulvs" oyunu gərgin alınıb. Qalib overtaymda müəyyənləşib. Meydan sahibləri 113:104 hesabı ilə üstün olublar.

"Filadelfiya Siksers"in növbəti məğlubiyyəti qeyd edilməlidir. Bu dəfə onlar doğma arenada "Nyu-Orlean Pelikans"la bacarmayıblar. 95:103.