MBA-da ayın ən yaxşı oyunçuları və baş məşqçiləri müəyyənləşib. Sport24.az xəbər verir ki, “Denver Naqqets”in mərkəz oyunçusu Nikola Yokiç Qərb konfransının ən yaxşı oyunçusu seçilib. Serbiyalı ulduz basketbolçu fevral ayında hər oyuna orta hesabla 22,6 xal, 14,2 ribaund və 10,2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Nyu-York Niks”in basketbolçusu Caylen Branson isə Şərq konfransının ən yaxşı oyuçusu adına layiq görülüb. 26 yaşlı oyun qurucusu ötən ay hər oyunda orta hesabla 27,3 xalla diqqət çəkib.

Məşqçilərə gəlincə, “Sakramento Kinqs”in çalışdırıcısı Mayk Braun Qərbdə, onun “Miluoki”dəki həmkarı Mayk Budenholtser isə Şərqdə ayın ən yaxşısı mükafatına sahib çıxıb. Braunun başçılığı altında ötən 28 gündə “Sakramento” keçirdiyi 12 görüşdə 8 qələbə qazanıb. Budenholtserin rəhbərliyində isə “Miluoki” fevralda keçirdiyi 10 görüşün heç birində məğlub olmayıb.