“Los Anceles Leykers” ümidləri doğrultmayan ulduz basketbolçu Rassell Uestbrukdan nəhayət, “canını qurtara bildi”. Sport24.az xəbər verir ki, Kaliforniya klubu “Minnesota Timbervulvz” və “Yuta Cazz”la 3 tərəfli dəyişiklik həyata keçirib.

Nəticədə Uestbruku əlindən çıxaran “Leykers” müdafiəçilər D`Ancelo Rasselllə Malik Bizli və Carred Vanderbilti heyətinə qatıb.

“Minnesota” müdafiəçilər Mayk Konli və Nikil Aleksander-Uolkerlə yanaşı draft-pik hüququna da sahib çıxıb. “Yuta” isə Rassell Uestbrukla birgə forvard Xuan Toskano-Anderson və mərkəz oyunçusu Demien Consu “rənglərinə bağlayıb”.

Solt-Leyk Siti klubu 2027-ci ildə drtaft-pik hüququ da qazanıb. Amma Uestbrukun mövsümün sonunda azad agent statusu ilə “Çikaqo Bullz”a keçəcəyi gözlənilir.