Azərbaycan Basketbol Liqasında legioner limiti tətbiq olunacaq. Sport24.az xəbər verir ki, bunu "İctimai Radio"da yayımlanan "İdman gündəliyi" verilişinə açıqlamasında Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev bildirib.

Onun sözlərinə görə, legioner limiti 3+2 şəklində tətbiq olunacaq. Oyun zamanı komandalar meydançada eyni anda yalnız 3 legionerdən istifadə edə biləcəklər. Federasiya rəsmisinin sözlərinə görə, bu addımın atılmasına səbəb ölkədə yerli basketbolçuların inkişaf etdirilməsidir.