Azərbaycanın kişi basketbolçulardan ibarət 3x3 komandası Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.

Sport24.az xəbər verir ki, yığmamız 1/4 finalda İordaniya seçməsi ilə qarşılaşıb.

Əlavə vaxta gedən görüşdə 20:18 hesabı ilə qalib gələn komandamız adını növbəti mərhələyə yazdırıb. Millinin finala gedən yolda rəqibi İran kollektivi olacaq.

Bu gün Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 komandası da yarımfinalda Özbəkistanla qarşılaşacaq.