Macarıstanın Debretsen şəhərində keçirilən 19 yaşa qədər basketbolçular arasında dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, 1/8 final çərçivəsində baş tutan İspaniya - Livan oyunu turnirin tarixinə düşb.

Belə ki, ispanlar 102:20 hesabı ilə qalib gələrək çox asanlıqla 1/4 finala adlayıblar. İlk yarıda cəmi 6, ümumilikdə isə yalnız 20 xal toplamağa müvəffəq olan Livan turnirin antirekordunu yeniləyib.

Qərbi asiyalılar 19 yaşa qədər basketbolçular arasında mundialların tarixində bir oyuna ən az xal toplayan komanda olublar  Əvvəlki antirekord Kot d'İvuara məxsus idi. Afrikalılar 2013-də Çexiyada keçirilən turnirdə ABŞ ilə oyunda 29 xal toplaşmışdılar. İspaniya bu gün 1/4 finalda Argentina ilə qarşılaşacaq.

Qeyd edək ki, bu turnirdə qardaş Türkiyə yığması da mübarizəni davam etdirir. 1/8 finalda Misiri məğlub edən Türkiyə bu gün 1/4 finalda Kanada ilə qarşılaşacaq. Bu cütün qalibi yarımfinalda məhz İspaniya Argentina cütünün qalibi ilə oynayacaq.