Dünən basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinə yekun vurulub. Sport24.az xəbər verir ki, B qrupunda V turun 2 matçı baş tutub.

 

"Sərhədçi" İdman Mərkəzinin meydanına öncə autsayderlər çıxıb. "Gəncə" və "Şəki" sonuncu olmamaq uğrunda mübarizə aparıb. Gəncəlilər qələbə qazanıblar.

 

Günə "Sabah"la NTD-İNDİQO arasında matçla yekun vurulub. Yarımfinala vəsiqə verən ilk iki yerin sahibi bu görüşdən sonra bəlli olub. Çempion "Sabah" güclü rəqibinə uduzaraq, qrup mərhələsini 3-cü pillədə başa vurub. NTD-İNDİQO və "Sərhədçi" növbəti mərhələyə vəsiqə qazanıblar.

 

Qeyd edək ki, A qrupunda "Neftçi" və "Xəzri" yarımfinala yüksəlib.

 

Azərbaycan kuboku

B qrupu, V tur

"Gəncə" – "Şəki" - 85:78 (26:16, 23:17, 15:23, 21:22)
"Sabah" – NTD-İNDİQO - 85:89 (16:24, 23:20, 25:20, 21:25)