Azərbaycanın 12 yaşadək basketbolçulardan ibarət millisi Gürcüstanda "Gela Darsadze" turnirində iştirak edir. Sport24.az xəbər verir ki, yığma ilk iki oyununda qələbə qazanıb.
U12 "Telavi"yə (Gürcüstan) 55:21, "TalTeç"ə (Estoniya) isə 47:39 hesabıyla qalib gəlib.
Turnirdə "Tal Teç" (Estoniya), "KKS Basket" (Polşa), "Almaty Legion" (Qazaxıstan), "Batumi", "Telavi" və "Basco 2019" (hamısı Gürcüstan) komandaları iştirak edirlər.