İngiltərə milli komandası DÇ-2026-da qarət olunub. Sport24.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, komandanın invertarları Floridadakı təlim bazasına daşınarkən oğurlanıb.

 

Mənbənin sözlərinə görə, millinin Kanzas- Sitidəki ilk məşqi ərəfəsində oyunçuların butsu, toplar və məşq ləvazimatları oğurlanıb. İşçilər nəyin itdiyini müəyyən etməyə çalışırlar. Təhlükəsizlik xidmətinin əməkdaşları oğurluqda sürücülərin əli ola biləcəyindən şübhələnirlər.

 

İngiltərə komandasının yalnız bir futbol topu qaldığı bildirilir. Harri Keyn və Cud Bellinqem kimi oyunçuların butslarının olmaması ilə bağlı narahatlıqlar var.

 

Nəşr məsələ ilə bağlı İngiltərə Futbol Assosiasiyasının nümayəndələri əlaqə saxladıqda qarşı tərəf şərh verməkdən imtina edib. 

 

Qeyd edək ki, İngiltərə millisi L qrupunda Xorvatiya, Qana və Panama ilə oynayacaq. Tomas Tuxelin komandası ilk oyununu iyunun 17-də Arlinqtonda Xorvatiyaya qarşı keçirəcək.