İran millisinin Meksikadakı təlim-məşq bazasının yaxınlığında avtomobilin baqajından cəsəd tapılıb. Sport24.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
İlkin məlumatlara görə, qurbanın cəsədi torbaya bükülüb və üzərində zorakılıq əlamətləri olub. Cəsədin olduğu avtomobil İran milli komandasının məşq etdiyi stadionun yaxınlığına atılıb.
Qeyd edək ki, İran yığması Belçika, Misir və Yeni Zelandiya ilə eyni qrupda mübarizə aparacaq.