"Nottinqem Forest" "İnter"in yarımmüdafiəçisi Davide Frattesininin transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marsio sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, İngiltərə klubu 26 yaşlı italyan futbolçu üçün bonuslar xaric 25 milyon avro ödəməyə hazırdır. Lakin "İnter" ən azı 30 milyon avro tələb edir.

 

Bu həftə "Nottingem Forest"in nümayəndələri transferi müzakirə etmək üçün Milanda "İnter"in idman direktoru Ausilio və oyunçunun agenti ilə görüşüblər.

 

Qeyd edək ki, Frattesi 2025/26 mövsümündə bütün turnirlərdə 33 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.