ABŞ DÇ-2026-nın qrup mərhələsinin ilk oyununda Paraqvayı 4-1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, qarşılaşma Los-Ancelesdəki SoFi stadionunda baş tutub.

 

Yeddinci dəqiqədə Damian Bobadillanın öz qapısına vurduğu qol amerikalıları hesabda önə çıxarıb. 31-ci dəqiqədə "Monako"nun amerikalı hücumçusu Folarin Balogun komandasının üstünlüyünü iki topa çatdırıb. İlk yarıya əlavə olunmuş dəqiqələrdə isə forvard dublla yadda qalıb. 

 

Paraqvay ikinci hissənin ortalarında əvəzetmədən meydana çıxan Maurisionun qolu ilə fərqi azaltsa da, Covanni Reyna matçda son nöqtəni qoyub. 

 

Bununla da ABŞ üç xal qazanaraq D qrupunda birinci yerə yüksəlib. Paraqvay isə sonuncudur. Bu qrupun ikinci oyunu, iyunun 14-də Avstraliya və Türkiyə arasında baş tutacaq. 

 

Qeyd edək ki, DÇ-2026 Kanada, ABŞ və Meksikada keçiril. Turnirdə ilk dəfə 48 qırx komanda iştirak edir. Qruplarında birinci və ikinci yeri tutan komandalar, eləcə də ən yaxşı göstəriciyə malik 8 milli pley-off mərhələsinə vəsiqə qazanacaq.