PSJ "Monako"nun cinah oyunçusu Manes Akliuşun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Paris klubu 2025-ci ildə də Akliuşu əsas hədəfləri hesab edirdilər. Lakin PSJ və digər namizədlər risk edib "Monako"nun transfer üçün tələb etdiyi 70 milyon avronu ödəmədilər.

 

Buu mövsüm artıq "Tottenhem", "Mançester Siti" və "Liverpul" da 24 yaşlı futbolçu ilə maraqlanır.

 

Qeyd edək ki, Akliuş "Monako"nun öz yetirməsidir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Futbolçu başa çatan mövsümdə bütün turnirlərdə 43 oyuna çıxıb, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Manes hazırda DÇ-2026-ya yollanan Fransa millisinin düşərgəsindədir.