İlk dəfə Dünya Kubokunda mübarizə aparacaq Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin heyəti məlum olub. Sport24.az xəbər verir ki, yığma Arika Karter, Aleksandra Mollenhauer, Brianna Freyzer, Dina Ulyanovadan ibarət heyətlə mübarizə aparacaq.
Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.
Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar ilə qarşılaşacaq.