Almaniyalı qapıçı Mark-Andre Ter Ştegen bu həftə bərpa prosesinə start vermək üçün "Barselona"ya qayıdır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Xavi Migel məlumat yayıb.

 

Xatırladaq ki Mark-Andre ter Ştegen dizindən zədələnmişdi və uzun müddətdir bərpa prosesi keçir.

 

Almaniyalı qapıçının bu həftə "Barselona"ya qayıdaraq məşqləri fərdi proqram əsasında davam etdirəcəyi bildirilir.