Balakişi Qasımov İTV-nin baş direktoru vəzifəsində işinə davam edəcək. Sport24.az xəbər verir ki, Qasımov İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə rəhbər posta seçilib.

 

O, 2018-ci ildən telekanalın baş direktorudur. Xatırladaq ki, baş direktor Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir.

 

Funksioner eyni zamanda 2024-cü ildən AFFA-nın vitse-prezidenti vəzifəsindədir.