İspaniya millisinin bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026üçün heyətini açıqlanıb. Sport24.az xəbər verir ki, baş məşqçi Luis de la Fuente "Real"ın heç bir futbolçunu yığmanın düşərgəsinə dəvət etməyib:

 

Qapıçılar: Unai Simon ("Atletik"), David Raya ("Arsenal"), Joan Qarsiya ("Barselona").

 

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Markos Lorente, Mark Pubil (hər ikisi "Atletiko"), Emerik Laport ("Atletik"), Pau Kubarsi, Erik Qarsiya (hər ikisi "Barselona"), Mark Kukurelya ("Çelsi"), Alehandro Qrimaldo ("Bayer")

 

Yarımmüdafiəçilər: Rodri ("Mançester Siti"), Martin Subimendi, Mikel Merino (hər ikisi "Arsenal"), Qavi, Pedri, Dani Olmo (hamısı "Barselona"), Fabian Ruis (PSJ).

 

Hücumçular: Aleks Baena ("Atletiko"), Ferran Torres, Lamin Yamal (hər ikisi "Barselona"), Niko Uilyams ("Atletik"), Yeremi Pino ("Kristal Pelas"), Mikel Oyarzabal ("Real Sosyedad"), Viktor Munyos ("Osasuna"), Borxa İqlesias ("Selta").

 

Qeyd edək ki, İspaniya millisi qrup mərhələsində Kabo-Verde (15 iyun), Səudiyyə Ərəbistanı (21 iyun) və Uruqvay (27 iyun) ilə qarşılaşacaq. Bundan əvvəl komanda İraq (4 iyun) və Peru (9 iyun) ilə 2 yoldaşlıq oyunu keçirəcək.