Argentinalı hücumçu Lionel Messi zədələnib. Sport24.az xəbər verir ki, "İnter Mayami"də çıxış edən futbolçu MLS-də "Filadelfiya" ilə matçda (6:4) zədələnib.
Messi 73-ci dəqiqədə Silvetti ilə əvəzlənib.
Lionel Messinin son durumu tibbi müayinədən sonra bilinəcək.
Argentinalı futbolçu bu mövsüm 14 oyunda 12 qol vurub, 7 məhsuldar ötürmə edib.