AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məölumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.
Qeyd edək ki, Qasımova U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.