"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.
Klub rəhbərliyi son 3 mövsümdə komandada məşqçi kimi fəaliyyət göstərən İsmayılovun müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.