Rusiyalı mütəxəssis Sergey Yuran "SKA-Xabarovsk" komandasının baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yuran əvvəllər də Xabarovskda çalışıb. 2020-ci ilin oktyabrından 2022-ci ilin fevralına qədər komandaya rəhbərlik edib.
Onun son iş yeri Türkiyənin "Serikspor" klubu olub və o, 2025-ci ilin iyulundan oktyabrına qədər orada çalışıb.
Qeyd edək ki, Yuran məşqçi kimi Azərbaycanda da çalışıb. Rusiyalı mütəxəssis artıq fəaliyyətini dayandıran "Simurq"un "sükanı arxasında" olub.