Futbol üzrə Misli Premyer Liqasında 2025/26 mövsümünün bombardirinə xüsusi hədiyyə təqdim olunub. Sport24.az xəbər verir ki, "Sabah" futbol klubunun hücumçusu Coy Lens Mikels 19 qolla Premyer Liqada ən sərrast futbolçu seçilib.
Ona mükafatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təqdim edib.
"Sabah" Misli Premyer Liqasında 2025/26 mövsümünün qalibi olub.